“Real”dan gedir – 70 milyona satırlar

“Real”dan gedir – 70 milyona satırlar
DÜNYA FUTBOLU 9 İyul 2017 / 12:17 8006
-  A +

“Real”ın yarımmüdafiəçisi Xames Rodriges klubu tərk etmək qərarı verib.

Qol.az-ın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, onun madridlilərlə ABŞ-a getməyəcəyi dəqiqləşib. yaxın 2 gün ərzində kolumbiyalı futbolçunun yeni komandasının adının qətiləşəcəyi gözlənilir.

Qeyd edək ki, klub prezidenti Florentino Peres Xamesi saxlamaq istəyib. Amma Dani Sebalyosanın transferindən sonra o, getmək istəyib.

Əlavə edək ki, futbolçu ilə “Mançester Yunayted”, “Çelsi” və PSJ-nin maraqlandığı iddia edilir. “Real”ın Xamesi 70 milyon avrodan az qiymətə satmayacağı bildirilir.


Son xəbərlər