Valbuena "Fənərbaxça" ilə müqavilə bağladı

Valbuena "Fənərbaxça" ilə müqavilə bağladı
XƏBƏR 29 İyun 2017 / 17:09 2377
-  A +

Türkiyənin "Fənərbaxça" klubu Matye Valbuena ilə müqavilə imzalayıb.

Qol.az-ın klubun rəsmi tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi iki illik müqaviləyə qol çəkib.

İstanbul ktəmsilçisi bu transfer üçün futbolçunun son klubu "Lion"a 1.5 milyon avro ödəyib. 33 yaşlı futbolçu yeni komandasında 28 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü 2 il çıxış etdiyi “Lion”da 56 oyunda 9 qol vurub.

Son xəbərlər