Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasının şərəfini qoruyacağına dair iddia ortaya atılıb.
Qol.az xəbər verir ki, bu barədə 25 yaşlı pəhləvana məxsus "Facebook" səhifəsi vasitəsilə paylaşım edilib.
Həmin paylaşımda "Azərbaycan üçün böyük itki: Toğrul Əsgərov Artıq Türkmənistan yığmasında çıxış edəcək" yazılıb. İdmançının özü isə dünya çempionu Hacı Əliyevlə birgə həqiqətən də Türkmənistanda olduğunu bildirən şəkil paylaşıb.
Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov "Report"a bildirib ki, hər iki sərbəst güləşçi Türkmənistan Güləş Federasiyasının tədbirinə dəvət aldıqları üçün Aşxabadda olub. Lakin F.Umudov T.Əsgərovun Türkmənistan yığmasında çıxış edəcəyinə inanmadığını bildirib: "Bu gün Toğrul İstanbula əməliyyat olunmağa yollanıb. Bakıya qayıdandan sonra özü ilə danışacağıq. İnanmıram ki, belə bir qərar versin. O, gözümüzün qarşısında yetişib. Əsgərovu heç yerə buraxmayacağıq".
H.Əliyev isə T.Əsgərovun Türkmənistandan təklif aldığını təsdiqləyib: "Mənə yox, Toğrula təklif oldu. Onun təklifi qəbul edib-etmədiyini bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Özü Bakıya sabah qayıdacaq. Əsgərovdan soruşarsınız, hər şeyi deyər".
Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmin il Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub. Ötən ay onun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb və 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub.
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı
Aydın finala çıxdı
Şeydayevin qol imkanları... - Video
"Milan" Piolini istefaya göndərir
Mourinyo: "Məni hələ uzun məşqçilik karyeram gözləyir"
Bu mövsümün sonunda "Çelsi"dən ayrılacaq
Azərbaycan şahmatçısından maksimum nəticə
Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir
"İnter"in çempion olduğu Milan derbisi - Video
"Fənərbaxça" Sivasda büdrədi - Video
La Liqada 32-ci tur yekunlaşdı
“İnter” çempionluğunu rəsmiləşdirdi
"Roma" öz meydanında uduzdu - Video