"Üç penalti qaytarmaq təsadüfi deyil" - Bravo

"Üç penalti qaytarmaq təsadüfi deyil" -  Bravo
XƏBƏR 29 İyun 2017 / 14:50 4253
-  A +

“Özümü hərzamankı kimi hiss edirəm. Həmişə özümə güvənmişəm".

Qol.az-ın məlumatına görə, bu sözləri Çili millisinin qapıçısı Klaudio Bravo Konfederasiyalr kubokunun yarımfinalında Portuqaliyaya qalib gəldikləri oyundan sonra deyib.

"Mançester Siti"nin də üzvü olan 34 yaşlı qolkiper Portuqaliya ilə oyunda 3 penaltini dəf edərək oyunun qəhrəmanına çevrilib. O, bunun təsadüfi olmadığını bildirib: "Bu cür nəticəyə imza atmaq üçün məşqlərdə çox çalışmalısan. Üç penalti qaytarmaq təsadüfi deyil. Bir müddət əvvəl zədələnmişdim. Ona görə də müəyyən vaxt səviyyəmdən aşağı çıxış etdim. Lakin Portuqaliya ilə görüş xüsusi əhəmiyyət kəsb edirdi".

Xatırladaq ki, Çili millisi Bravonun qurtarışları sayəsində Portuqaliyaya qalib gələrək finala yüksəlib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı