"Zirə" yeni transferini sifariş etdi

"Zirə" yeni transferini sifariş etdi
XƏBƏR 29 İyun 2017 / 12:51 3810
-  A +

"Zirə” Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Differdanj” klubu ilə oyunlar üçün daha bir futbolçu sifariş edib.

Qol.az-ın  UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Bakı klubu yeni transferi - rumıniyalı müdafiəçi Qabriel Mateyin adını iştirak ərizəsinə salıb.

Bununla da “Zirə”nin avrokubok üçün futbolçu sayı 20-ə çatıb.

Xatırladaq ki,  “Zirə” ilə 1+1 illik müqavilə imzalayan Matey yeni klubunda 14 nömrəli forma ilə çıxış edəcək.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"