Xanım çempionumuz faciəvi şəkildə öldü

Xanım çempionumuz faciəvi şəkildə öldü
XƏBƏR 29 İyun 2017 / 12:05 6645
-  A +

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

Qol.az BakuPost.az saytına istinadən xəbər verir ki, idmançı avtomobil qəzasına düşüb. O, dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. R.Məmmədova aldığı xəsarətdən hadisə yerində ölüb.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, R.Məmmədova bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır.
 
Faktla bağlı araşdırma aparılır.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi