Ronaldo millinin düşərgəsini tərk etdi - əkizlərini görməyə gedir

Ronaldo millinin düşərgəsini tərk etdi - əkizlərini görməyə gedir
DÜNYA FUTBOLU 29 İyun 2017 / 11:52 4694
-  A +

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Konfederasiyalar kubokunda üçüncülük uğrunda oyunu buraxacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yarımfinalda Çiliyə qarşı penaltilər seriyasında 0:3 hesablı məğlubiyyətdən sonra bu qərar verilib.

Ronaldo surroqat-anadan əkiz övladlarının dünyaya gəldiyini rəsmi Feysbuk səhifəsində təsdiqləyib. O, Portuqaliya Futbol Federasiyasının və millinin baş məşqçisinin təklifi ilə övladlarını görmək üçün komandanın düşərgəsini tərk edib.

Xəbərdə o da qeyd olunub ki, Portuqaliya finala çıxsaydı, Ronaldo həlledici matçda oynayacaqdı.

Qeyd edək ki, Ronaldonun iyunun əvvəlində surroqat anadan əkizləri olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın