Millimizdə baş məşqçi təyinatı - Alesio qayıtdı

Millimizdə baş məşqçi təyinatı - Alesio qayıtdı
GÜNDƏM 29 İyun 2017 / 11:45 3077
-  A +

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi braziliyalı mütəxəssis Joze Alesio Da Silvaya həvalə olunub.

Qol.az xəbər verir ki, bu haqda AFFA-nıb saytı məlumat yayıb. Müqavilənin müddəti və şərtləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, Alesio 2009-2014-cü illərdə də yığmamıza rəhbərlik edib. Millimiz AVRO-2010-da onun rəhbərliyin altında yarımfinala yüksəlib.

O dövrdə millimizlə yanaşı "Araz"ı da çalışdırmış Alesio 2014-cü ildə yığmamızdan qalmaqalla ayrılıb. Cənubi amerikalı karyerasını davam etdirmək üçün Qazaxıstana yollanıb. Lakin müqaviləsi olan çalışdırıcı vəzifəsini özbaşına tərk edib. Braziliyalı bu postu “Kayrat”da köməkçi məşqçi vəzifəsinə dəyişib. Bundan narazı qalan AFFA Qazaxıstan Futbol Federasiyası və baş məşqçinin qaçdığı “Kayrat”a şikayət məktubu da göndərib. Buna baxmayaraq, məşqçi fəaliyyətini Qazaxıstanda davam etdirməyə nail olub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı