"Mladost"un futbolçusu: "Qələbə qazanmalıyıq"

"Mladost"un futbolçusu: "Qələbə qazanmalıyıq"
XƏBƏR 29 İyun 2017 / 11:24 1934
-  A +

“Avropa Liqasında çıxış ötən mövsüm qazandıqlarımızın mükafatıdır. Bu anlardan həzz alırıq. Dolu tribunalar önündə oynayacağımızı gözləyirəm. Hamını bizə dəstək olmağa çağırıram. Qələbə qazanmalıyıq".

Qol.az-ın "Blic Sport"a istinadən yaydığı xəbərə görə, bu sözləri "Mladost"un futbolçusu İvan Miloşeviç Avropa Liqasının birinci təsnifat mərhələsində Bakı "İnter"i ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. 

"Komandamızda gənclər də, təcrübəlilər də var. Onların sintezini yaratmaqla irəliləyişə nail olmalıyıq” - deyə o bildirib.

Qeyd edək ki, "Mladost" - "İnter" görüşü bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı