Futbolda dördüncü əvəzetmədən istifadə olundu

Futbolda dördüncü əvəzetmədən istifadə olundu
GÜNDƏM 29 İyun 2017 / 10:30 5063
-  A +

Konfederasiyalar kubokunun yarımfinal mərhələsində Portuqaliya - Çili oyununda ilkə imza atılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ilk dəfə sözügedən matçda milli komandaların rəsmi oyununda dördüncü əvəzetmə olub. Görüşün 116-cı dəqiqəsində Portuqaliya yığması Andre Qomeşi Jelson Martinşlə əvəzləyib. Bununla da komanda dördüncü əvəzetməsini reallaşdırıb.

Qeyd edək ki, Çili Portuqaliyanı penaltilər seriyasında 3:0 hesabı ilə məğlub edərək (əsas və əlavə vaxt: 0:0) finala yüksəlib.

Xatırladaq ki, FİFA böyük turnirlərin pley-off mərhələsində əlavə vaxtda dördüncü əvəzetmənin keçirilməsinə icazə verib. Bu praktika daha əvvəl İngiltərə və Almaniya kuboklarında sınaqdan keçirilib.

Daha çox


Son xəbərlər