“Zirə”dən tarixi oyunda gözəl nəticə

“Zirə”dən tarixi oyunda gözəl nəticə
ÖLKƏ FUTBOLU 29 İyun 2017 / 22:49 13280
-  A +

Bu gün Avropa Liqasında 2017/18 mövsümü start götürüb.

Qol.az-ın məlumatına görə, ölkəmizi turnirdə təmsil edən “Zirə” də ilk oyununa çıxıb.

Ayxan Abbasovun komandası Bakıda Lüksenburqun “Differdanj” klubunu qəbul edirb Bu, paytaxt təmsilçisi üçün tarixi bir oyun olub. Çünki komanda avrokuboklarda debüt edib və 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə çıxmaq üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, “Zirə” ötən mövsüm də Avroliqaya vəsiqə qazanmışdı. Ancaq klubun fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən çempionatın gümüş mükafatçısı Avroliqaya buraxılmamışdı.

“Differdanj” isə “Zirə”dən fərqli olaraq ardıcıl bir neçə ildir ki, Avropa Liqasında mübarizə aparır.


29 iyun

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun
 
21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) - 2:0
Qollar:
Riçard Qadze, 22, Kervens Belford, 80
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov
Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)
Bakı. “Dalğa Arena”

"Zirə:  Anar Nəzirov (K), Josef Bum, Orxan Əliyev (Rəşad Sadiqov, 46), Milan Duriç, David Manqa, Kervens Belford, Viktor İqbekoyi, Qabriel Matei ( Adil Nağıyev, 81), Yovan Krneta,  Təmkin Xəlilzadə, Riçard Qadze

Ehtiyat oyunçular: Kamal Bayramov, Vüqar Mustafayev, Aleksandr Şemonayev, Sadiq Quliyev, Nicat Qurbanov

“Differdanj”:  Julian Veber, Andre Almeyda Rodriqes, Yannik Bastos, Kotier Karon (Nikolas Perez, 70),  David Fluirval, Yordan Yeye,  David Vandenbrok, Matias Yaniş (K), Cofri Franzioni, Duayn Holter, Munir Hamzui (Farid İkene, 79)

Ehtiyat oyunçular:  Patik Vorre,  Culiano Cekson, Jilles Betmer, Canliuka Bey, Çadli Amiri

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın