Şotlandiyalı futbolçu "Qəbələ"də - rəsmi

Şotlandiyalı futbolçu "Qəbələ"də -  rəsmi
ÖLKƏ FUTBOLU 28 İyun 2017 / 18:48 4970
-  A +

2017/18 mövsümünə hazırlığı Avstriyada davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçunu cəlb edib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz və hollandiyalı Dion Malonenin transferini gerçəkləşdirən “qırmızı-qaralar” daha bir legionerlə anlaşıb.

Şotlandiyalı yarımmüdafiəçi Endryu Uilyam Hallidey icarə əsasında 1 il “Qəbələ”də çıxış edəcək. Endi Hallidey kimi tanınan futbolçu 1991-ci il oktyabrın 31-də anadan olub. 26 yaşlı şotlandiyalı “Ross Kaunti”, “Reyncers” və “Livinqston” klublarının yeniyetmə komandalarında çıxış edib. Peşəkar karyerasına 2008-ci ildə başlayan Hallidey Şotlandiyada “Livinqston” (2008-2010), İngiltərədə “Midlsbro” (2010-2015), icarə əsasında  “Uolsoll” (2011-2012), “Blekpul” (2014) və “Bredford” (2014-2015) klublarında çıxış edib. 2015-ci ildə “Reyncers”ə keçən Endi son iki mövsümü bu komandanın formasını geyinib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın