Bu da "Qarabağ"ın sonuncu rəqibi

Bu da "Qarabağ"ın sonuncu rəqibi
ÖLKƏ FUTBOLU 28 İyun 2017 / 16:20 5462
-  A +

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın yoxlama matçında qarşılaşacağı sonuncu rəqibi məlum olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi Danimarkanın “Brondbü” klubu ilə qarşılaşacaq. 

İyulun 2-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama görüşündə "Axmat"a (Rusiya) 0:1, Sofiya SSKA-sına isə 2:5 hesabı ilə uduzub. Qurban Qurbanovun komandası bu gün Moskva "Dinamo"su ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər