Pizarro “Verder”dən göndərilir – yaşına görə

Pizarro “Verder”dən göndərilir –  yaşına görə
XƏBƏR 28 İyun 2017 / 15:31 3057
-  A +

Almaniyanın “Verder” klubu futbolçusu Kladio Pizarro ilə yolları ayıracaq.

Qol.az-ın məlumatına görə, bu barədə “Bild” qəzeti xəbər yayıb.

Komandanın baş məşqçisi Aleksander Nuri perulu hücumçunu komandada saxlamaq fikrində deyil.

Səbəb isə Pizarronun yaşlanmasıdır. Bu ilin oktyabr ayında onun 39 yaşı tamam olacaq.

Qeyd edək ki, Peru millisinin sabiq üzvü üst-üstə 8 il "Verder"də çıxış edib. O, "Bavariya" və "Çelsi" kimi klublarda da oynayıb. Pizarro "Verder" və "Bavariya"nın heyətində 190 qol vurmaqla Bundesliqanın ən yaxşı legioneri kimi Almaniya futbolunun tarixinə düşüb. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı