Olimpiya çempionumuzdan gözlənilməz məğlubiyyət

Olimpiya çempionumuzdan gözlənilməz məğlubiyyət
XƏBƏR 28 İyun 2017 / 13:35 4009
-  A +

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə dünya çempionatı davam edir.

Qol.az-ın Taekvondo Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün daha iki idmançımız dayanq üzərinə çıxıb.

Radik İsaev (+87 kq) ilk döyüşündə Mərakeşli Ayoud Basselə (24:8), ikinci döyüşdə Çin təmsilçisi Jian Tiana qalib gəlib (16:11). Yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qabon taekvondoçu Antoni Obameyə 13:15 hesabı ilə məğlub olan Olimpiya çempionumuz mübarizəni dayandırıb.

Ramin Əzizov (87 kq) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3). Yassin Trabelsiyə (TUN) qalib gələn Əzizov (10:9) yarımfinal mərhələsi uğrunda döyüşdən Serbiyalı İvan Trajkovicə məğlub olaraq (15:22) yarışı başa vurub.

Sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq), qadınlardan isə Yaprak Eriş (57 kq) mübarizə aparacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın