Konfederasiyalar kubokunda ilk finalçı

Konfederasiyalar kubokunda ilk finalçı
DÜNYA FUTBOLU 29 İyun 2017 / 00:40 10264
-  A +

Konfederasiyalar kuboku-2017-də ilk finalçının adı məlum olub.

Qol.az-ın  məlumatına görə, yarımfinal mərhələsində son Avropa çempionu Portuqaliya yığması Çili ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtı qolsuz başa çatan oyunda penaltilərə ehtiyac duyulub. Penaltilər zamanı Çili millisinin qapıçısı Klaudio Bravo 3 portuqaliyalı futbolçunun - Quaresma, Moutinyo və Naninin zərbəsini dəf edərək komandasını finala yüksəldib.
 
Qeyd edək ki, bu gün yarımfinal mərhələsinin digər görüşündə Almaniya Meksika ilə qarşılaşacaq.

28 iyun

Konfederasiyalar Kuboku-2017, yarımfinal

 
Portuqaliya – Çili - 0:0 (penaltilər - 0:3)


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı