"Qarabağ"ın Avstriyada 11-ci günü

"Qarabağ"ın Avstriyada 11-ci günü
XƏBƏR 28 İyun 2017 / 09:45 1580
-  A +

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın on birinci gününü tək məşqlə başa vurub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, dünən günorta saatlarında hava şəraiti kəskin dəyişsə fə, bu, komandaya mane olmayıb. Axşam yerli saatla 19:00-da start götürən çalışma təxminən 1 saat 20 dəqiqə davam edib.

Qeyd edək ki, "Qarabağ"  bu gün Moskva "Dinamo"su ilə yoxlama oyunu keçirəcək.


Son xəbərlər