Alveş getdi, o, qalır

Alveş getdi, o, qalır
XƏBƏR 28 İyun 2017 / 01:37 4581
-  A +

Ştefan Lixtştayner yayda “Yuventus”u tərk etməyəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə, İsveçrə millisinin üzvü növbəti mövsümü də Turində keçirəcək və yalnız gələn yay azad agent kimi klubdan ayrılacaq.

Halbuki bir müddət əvvəl Lixtştaynerin “Yuventus”dan gedəcəyi gözlənilirdi. Lakin digər sağ cinah müdafiəçisi Dani Alveşin klubdan gedişi 33 yaşlı futbolçunun fikrini dəyişməsi ilə nəticələnib.

Qeyd edək ki, son mövsüm Lixtştayner “Yuventus”un heyətində 26 görüşdə forma geyib və 1 qol vurub.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın