"Yenidən komanda qururuq" - Aqil Nəbiyev

"Yenidən komanda qururuq" -  Aqil Nəbiyev
GÜNDƏM 27 İyun 2017 / 19:42 5810
-  A +

Növbəti mövsümdən I divizionda mübarizə aparacaq “Şüvəlan” klubunun məşqlərə başlayacağı tarix məlum olub.

Qol.az-ın xəbərinə görə, komanda iyulun 3-də bir araya gələcək. Baş məşqçi Aqil Nəbiyev klubun rəsmi feysbuk səhifəsinə toplanış barədə məlumat verib:

“Demək olar ki, yenidən komanda qururuq. Ona görə bir az tez toplaşmağa qərar verdik ki, bəzi futbolçuları yoxlanışdan keçirək. Mövsümün startına qədər komandanı yaxşı hazırlamağa çalışacağıq. Bu müddətdə bir neçə yoxlama matçı keçirməyi də planlaşdırırıq”.

Qeyd edək ki, “Şüvəlan” klubu heyətə qatmaq istədiyi bəzi futbolçularla razılığa gəlib. Yaxın günlərdə həmin transferlər rəsmiləşəcək.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"