"Qarabağ"ın futbolçusu olmaq istəyirsən?

"Qarabağ"ın futbolçusu olmaq istəyirsən?
XƏBƏR 27 İyun 2017 / 19:25 5885
-  A +

“Qarabağ” 4 yaş qrupu üzrə seleksiya xarakterli məşqlər keçirəcək.

Qol.az-ın klubun saytına istinadən məlumatına görə, 2004, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlar bu seçimlərdə iştirak edə biləcəklər.
 
Seleksiyadan uğurla keçənlər müvafiq yaş qrupları üzrə komandalara cəlb olunacaqlar.

Qeyd edək ki, seçimlər Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və iki gün (15 və 16 iyul) ərzində saat 9:00-dan 12:00-a qədər davam edəcək.

Əlaqə telefonu: (050) 222-34-35


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın