Altıntopdan sürpriz transfer

Altıntopdan sürpriz transfer
XƏBƏR 27 İyun 2017 / 17:53 7644
-  A +

Almaniyanın “Auqsburg” komandasından ayrılan Xəlil Altıntop karyerasını Çexiyada davam etdirəcək. O, son çempion “Slaviya” ilə müqavilə bağlayıb.

Qol.az-ın məlumatına görə, bu haqda xəbəri klubun saytı yayıb. Müqavilənin müddəti və maddi tərəfi barədə açıqlama verilməyib.

Bundan başqa, Praqa təmsilçisi son mövsümü “Zenit”də keçirən portuqaliyalı Danni və Ukrayna “Dnepr”indən Ruslan Rotanı da heyətinə qatıb.

Daha çox


Son xəbərlər