Elxan Abdullayev: "Onu "Neftçi"də görmək istəyirəm"

Elxan Abdullayev: "Onu "Neftçi"də görmək istəyirəm"
XƏBƏR 27 İyun 2017 / 17:35 6194
-  A +

"Pavel Paşayevi "Neftçi"nin heyətində görmək istərdim. Bunu gizlətmirəm". Bu fikirləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bildirib. Azərbaycan milli komandasının futbolçusu Pavel Paşayevin maddi problemləri olan Ukraynanın "Stal" klubundan gedişi gözlənilir ki, onun adı daha çox "Neftçi" ətrafında hallanır.

Abdullayev milli komandamızda işlədiyi vaxtdan yaxşı tanıdığı Paşayevi sərəncamında görmək istədiyini inkar etmir: "Çünki Paşayev yaxşı futbolçudur. Hər bir baş məşqçi də komandasında güclü futbolçuların, milli üzvlərinin olmasını istəyər. Ancaq məsələ ondadır ki, Pavelin klubu ilə müqaviləsi var. Mən əvvəl də demişəm ki, "Neftçi"nin qapısı milli komandamızın futbolçularının üzünə açıqdır. Sadəcə, onların sərbəst futbolçu olmaları zəruridir".

Maraqlıdı, 29 yaşlı Paşayev "Stal"dan tam ayrılaraq transfer vərəqini alacağı halda "ağ-qaralar" onu transfer edəcəkmi? Abdullayevin sözlərinə görə, bu, artıq danışıqlardan, müqavilə məsələsində ortaq məxrəcə gəlmələrindən asılıdır.

Xarırladaq ki, "Stal" Ukrayna Premyer Liqasında qalsa da da, klub rəhbərliyi maliyyəni azaldıb, baş məşqçi vəzifəsinə erməni Yeqişe Melikyanı gətirib və növbəti mövsümdə onun əvvəl çalışdırdığı gənclər heyəti ilə oynayacağını bəyan edib. Klub bir sıra futbolçular kimi Pavelə 4 aydır borcludur və müdafiəçimiz bunu bağışlamaq fikrində deyil (sport24.az).


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı