Messi Maradonanı da toya çağırmadı – siyahı

Messi Maradonanı da toya çağırmadı – siyahı
DÜNYA FUTBOLU 27 İyun 2017 / 15:03 7010
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi dünya futbolunun əfsanəsi Dieqo Maradonanı toyuna dəvət etməyib.

Qol.az xəbər verir ki, bu haqda “La Capital” nəşri məlumat yayıb.

Qeyd edək ki, Maradona 2008-2010-cu illərdə Argentina millisində Messinin baş məşqçisi olub. Bundan başqa, toya çağırılmayanlar siyahısında “Barselona”nın prezidenti Xose Mariya Bartomeu, komandanın sabiq baş məşqçisi Luis Enrike, “Real”ın hücumçusu Kriştiano Ronaldo da var.

Kataloniya klubunun sabiq oyunçuları Deku, Ronaldinyo və Silvinyo isə toyda iştirak edəcəklərini deyiblər.

Qeyd edək ki, 30 yaşlı Messinin Antonella Rokkutso ilə toyu iyunun 30-da Argentinanın Rosario şəhərində keçiriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı