Millimizin futbolçusu pulunu tələb edir - "Neftçi"yə keçə bilər

Millimizin futbolçusu pulunu tələb edir - "Neftçi"yə keçə bilər
ÖLKƏ FUTBOLU 27 İyun 2017 / 13:35 4988
-  A +

Millimizin müdafiəçisi Pavel Paşeyevin müqavilə ilə müxsus olduğu “Stal”da maddi böhran davam etməkdədir.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, futbolçularına külli miqdarda borcu olan klubun dağılacağı və ya növbəti mövsümdən Premyer Liqadan kənarlaşdırılaraq birinci diviziona göndəriləcəyi bildirilir.

Başqa bir xəbərə görə, bir çox futbolçu klubdan 4 aydır ödənməyən borcunu istəyir və borcu bağışlamaq fikrində deyil. Onların sırasında Pavel Paşayevin də olduğu bildirilir. Ukrayna mətbuatı yazır ki, belə olan halda “Stal” klubdan ayrılmaq niyyətində olan Paşayevi pulsuz buraxmayacaq.

Qeyd edək ki, P.Paşayavin “Neftçi”yə keçmək istədiyi iddia olunur.

Futbolçu özü Azərbaycan klublarından birində təklif aldığını təsdiqləsə də, ad çəkməyib və tələsməməyi məsləhət görüb. O qeyd edib ki, klubu ilə müqaviləsi olduğundan hadisələri qabaqlamaq istəmir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord