"Qarabağ" güclü komandadır" - "Samtredia"nın yeni transferi

"Qarabağ" güclü komandadır" - "Samtredia"nın yeni transferi
GÜNDƏM 27 İyun 2017 / 10:47 5067
-  A +

"Samtredia"nın yeni transferi Nika Sabanadze ölkəsinin mətbuatına müsahibə verib.

Qol.az-ın məlumatına görə, müsahibə zamanı o, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb.

"Samtredia" ilə noyabr ayına qədər müqavilə imzalayan gürcüstanlı hücumçu bildirib ki, mərhələ keçmək üçün əllərindən gələni edəcəklər: "Qarabağ"  güclü komandadır. Ancaq bizim də şansımız var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümumiyyətlə, "Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq. İnanıram ki, bunu bacara bilərik".

Qeyd edək ki, “Qarabağ”la “Samtredia” arasında ilk oyun iyulun 11-də Azərbaycanda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı