"Qəbələ" şotlandiyalı futbolçunu icarəyə götürür

"Qəbələ" şotlandiyalı futbolçunu icarəyə götürür
GÜNDƏM 27 İyun 2017 / 10:15 5669
-  A +

"Qəbələ" Şotlandiyanın "Reyncers" klubunun futbolçusu Andi Hallideyi icarəyə götürməyə hazırlaşır.

Qol.az-ın "The Scottish Sun"a istinadən  yaydığı xəbərə görə, klub 25 yaşlı  yarımmüdafiəçiyə bununla bağlı təklif göndərib. Hallidey bu gün  Avstriyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulacaq.

Xəbərdə qeyd olunub ki, "Qlazqo Reyncers"in baş məşqçi Pedro Kayşinya şotlandiyalı oyunçuya gələn mövsüm üçün planlarına daxil olmadığını bildirib. O, Hallideyə, klub tapanadək 20 yaşadək futbolçulardan ibarət komanda ilə birgə çalışacağını deyib. Bu zaman "Qəbələ" ona gələn mövsümün sonunadək icarə əsasında klubda oynamağı üçün müqavilə təklif edib.

Qeyd edək ki, Endi Hallidey 2015-ci ildən "Reyncers"in əsas komandasında oynayır.

Daha çox


Son xəbərlər