22 ildən sonra “Yuventus”u tərk etdi

22 ildən sonra “Yuventus”u tərk etdi
XƏBƏR 26 İyun 2017 / 01:07 5595
-  A +

Paolo de Çelye “Yuventus”u tərk edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, 30 yaşlı müdafiəçinin Turin klubu ilə sözləşməsi iyunun 30-da başa çatır. Tərəflər sözləşməni yeniləməmək qərarına gəliblər.

Bununla da de Çelyenin 22 illik “Yuventus” karyerası başa çatıb.

“Futbolda oyunçunun klubu ilə yeni müqavilə barədə razılığa gələ bilməməsi mümkün haldı. Zaman çatır və sən planlara daxil olmadığını anlayırsan. Mövsüm ərzində meydana çıxmamaq faciəvidir. Bunu heç kimə arzu etməzdim” - deyə de Çelye bildirib.

Qeyd edək ki, 30 yaşlı arxa xətt oyunçusu 2015/16 mövsümün icarə əsasında “Marsel”də keçirib. Ötən mövsüm Turinə qayıtsa da, bir dəfə də olsun meydana çıxmayıb.

Daha çox


Son xəbərlər