“Qəbələ” döyüşçüsündən növbəti qələbə

“Qəbələ” döyüşçüsündən növbəti qələbə
XƏBƏR 26 İyun 2017 / 00:21 2242
-  A +

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Alim Nəbiyev növbəti qələbəsini qazanıb.

Qol.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Nəbiyev 2017-ci ildə ilk döyüşünü Çində keçirib.

Alim kikboksinq üzrə “Kunlun Fight” turnirinə uğurla start verib. O, çinli idmançı Çanq Yanqla qarşılaşıb.

İdmançımız hər üç raundda rəqibindən üstün olduğu döyüşdən 30:27 hesablı qələbə ilə ayrılıb. Bununla da Nəbiyev “Kunlun Fight”ın dünya çempionu titulu uğrunda növbəti turnirdə mübarizə aparmaq imkanı qazanıb.

 

Daha çox


Son xəbərlər