“Bu, bizim böyük uğurumuzdur” - Azad Rəhimov

“Bu, bizim böyük uğurumuzdur” - Azad Rəhimov
XƏBƏR 25 İyun 2017 / 21:34 2902
-  A +

 “Qran Pri gözlədiyimiz yüksək səviyyəli təşkilatçılıqla müşahidə olundu. Hər şey əvvəlcədən müəyyən olunmuş qrafiklə həyata keçirildi. Bu, bizim ilk qələbəmizdir”.

Qol.az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bunu gənclər və idman naziri Azad Rəhimov Formula 1 üzrə Azərbaycan Qran Prisini dəyərləndirərkən deyib.

Nazir bildirib ki, 2016-cı ildə Azərbaycanda keçirilən Avropa Qran Prisi ilə müqayisədə bu il turist sayında 25-30 faizə qədər artım olub: “Statistikasına baxsaq, bütün biletlərin satıldığın görərik. Bununla bağlı rəsmi rəqəmlər yaxın günlərdə mətbuata açıqlanacaq. Bu da bizim böyük uğurumuzdur. Sözsüz ki, belə bir yarışda maraqlı məqamlar olmalıdır. Hazırda “twitter”dəki haştaqlara görə “AzerbaijanGP” dünyada birinci yerdədir. “Bakı” isə 4-cü sıradadır. İndi Azərbaycanın ABŞ-dakı səfiri ilə əlaqə saxladım. Bugünə qədər Azərbaycanla bağlı bir dənə də olsun məlumat verməyən NBC kanalı 3 saat paytaxtımızdan, təşkil etdiyimiz yarışdan danışıb. Qran Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik. Gələn il də belə maraqlı məqamlar olacaq”.

Qeyd edək ki, Azərbaycan Qran Prisini qalibi “Red Bull” komandasının pilotu Daniel Rikkardo olub.

Daha çox


Son xəbərlər