Çerçesov istefa verəcəkmi?

Çerçesov istefa verəcəkmi?
XƏBƏR 25 İyun 2017 / 14:33 4271
-  A +

Rusiya yığmasının baş məşqçisi Stansilav Çerçesov istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Qol.az-ın Rusiya mətbuatına istiandən yaydığı xəbərə görə, FİFA Konfederasiyalar kubokunda Meksikaya məğlub olduqları oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandıran 53 yaşlı çalışdırıcı istefa verməyəcəyini deyib:

"Yığma komandada böyük zövqlə çalışıram və bundan sonra da çalışacağam. Özü də bundan da yaxşı".

Qeyd edək ki, S.Çerçesov 2016-cı ildən Rusiya yığmasını çalışdırır.

Əlavə edək ki, Konfederasiyalar kubokunda A qrupunun sonuncu turunda meydan sahibi Rusiya Meksikaya 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.


Son xəbərlər