FİFA Rusiya millisi barədə araşdırmaya başladı – futbolda belə şey olmamışdı

FİFA Rusiya millisi barədə araşdırmaya başladı – futbolda belə şey olmamışdı
DÜNYA FUTBOLU 25 İyun 2017 / 11:35 10923
-  A +

FİFA Rusiya milli komandası barədə araşdırmaya başlayıb.

Qol.az-ın “Daily Mail” nəşrinə istinadən yaydığı xəbərə görə, dünyanın ali futbol qurumu DÇ-2014-də iştirak edən 34 oyunçunun hamısını (final mərhələsində iştirak edən 23 oyunçu da daxil) şübhə altına alıb.

“Tarixdə ilk dəfədir ki, bütöv bir milli komandadan şübhə olunur. FİFA-nın əlində müəyyən sübutlar var. Rusiya millisinə qarşı nə kimi qərar çıxarılacağı bilinmir. Amma dopinqlə bağlı araşdırma gedir” – deyə qəzetin yazısında bildirib.

Qeyd edək ki, bu hadisəni gələn il Rusiyada keçiriləcək dünya çempionatı ərəfəsində ölkəyə təzyiq kimi qiymətləndirənlər də var.


Son xəbərlər