Anton "Qarabağ"a niyə keçib? - əvəzedici olmaq istəməyib

Anton "Qarabağ"a niyə keçib? - əvəzedici olmaq istəməyib
ÖLKƏ FUTBOLU 25 İyun 2017 / 10:53 9388
-  A +

Ukraynanın "Şaxtyor" klubunun sabiq qapıçısı Anton Kanibolotskinin "Qarabağ"a keçmə səbəbi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, bu barədə 29 yaşlı qolkiperin meneceri Vadim Şablin öz "İnstagram" səhifəsində yazıb.

O bildirib ki, Kanibolotski "Şaxtyor"da Andrey Pyatovun əvəzedicisi statusu ilə kifayətlənməməyi qərara alıb və karyerasında çox maraqlı çağırışı qəbul edib: "Şübhə etmirəm ki, Anton Azərbaycanın ən güclü klublarından birində sabit oyun praktikası, habelə, Çempionlar Liqasının qrup mərhələsinə düşmək imkanı qazanacaq".

Qeyd edək ki, Anton Kanibolotski 2012-ci ilin yayında "Şaxtyor"a keçib. O, ötən mövsüm Donetsk komandasının üçüncü qapıçısı kimi Ukrayna çempionatının cəmi 1 oyununa çıxıb. 


Daha çox


Son xəbərlər