Rumıniyalı futbolçu rəsmən "Zirə"də

Rumıniyalı futbolçu rəsmən "Zirə"də
XƏBƏR 25 İyun 2017 / 00:10 4612
-  A +

Avropa Liqasına hazırlaşan “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, pataxt təmsilçisi rumıniyalı Qabriel Mateyi transfer edib.

27 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyinib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.

Daha çox


Son xəbərlər