Pepe yarımfinalda oynamayacaq

Pepe yarımfinalda oynamayacaq
XƏBƏR 24 İyun 2017 / 22:30 3046
-  A +

Portuqaliya millisinin futbolçusu Pepe Konfederasiyalar kubokunda yarımfinal oyununu buraxacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb onun A qrupunun sonuncu turunda Yeni Zelandiya ilə matçda sarı vərəqə limitini doldurmasıdır. Turnirdə ikinci sarı vərəqəsini alan 34 yaşlı müdafiəçi cəzalı duruma düşüb.

Qeyd edək ki, Portuqaliya - Yeni Zelandiya görüşü birincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər