"Qəbələ"nin üçüncü rəqibi də müəyyənləşdi

"Qəbələ"nin üçüncü rəqibi də müəyyənləşdi
ÖLKƏ FUTBOLU 24 İyun 2017 / 20:37 3210
-  A +

“Qəbələ” Avstriyadakı təlim-məşq toplanışının ikinci mərhələsində keçirəcəyi üçüncü yoxlama oyunundakı rəqibi də müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  “qırmızı-qaralar”ın toplanışdakı son rəqibi isə Avstriyanın “Lints” klubu olacaq. Bu matç iyulun 8-də keçiriləcək.

Qeyd edək ki, "Qəbələ" Avstriyada ilk yoxlama görüşündə  iyunun 30-da Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək. İyulun 4-də Roman Qriqorçukun komandası Ukrayna “Dinamo”su (Kiyev) ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər