Superliqa klubunda yeni baş məşqçi

Superliqa klubunda yeni baş məşqçi
XƏBƏR 24 İyun 2017 / 18:06 2517
-  A +

Türkiyənin "Osmanlıspor" klubunun yeni baş məşqçisi bəlli olub.

Qol.az-ın məlumatına görə, Superliqa təmsilçisini Bülənt Uyğun çalışdıracaq.

Bunu Ankara klubunun baş meneceri Bülent Yurtgüven Türkiyə mətbuatına açıqlamasında deyib.
Tərəflər 2+1 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib.

Qeyd edək ki, daha əvvəl "Sivasspor", "Bucaspor", "Əskişəhərspor", "Elazığspor", "Qaziantepspor" kimi yerli klublarda, eləcə də Qətərin "Ümm Salal" komandasında baş məşqçi olan 45 yaşlı çalışdırıcı son olaraq, "Qaziantepspor"da işləyib.

Son xəbərlər