"Qəbələ" hollandiyalı futbolçu aldı - rəsmi

"Qəbələ" hollandiyalı futbolçu aldı -  rəsmi
ÖLKƏ FUTBOLU 24 İyun 2017 / 13:43 7310
-  A +

2017/18 mövsümü üçün heyətini gücləndirməkdə davam edən “Qəbələ” daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales və Stiven Jozef-Monrozla anlaşan “qırmızı-qaralar” Dion Maloneni də transfer edib.
 
Surinam əsilli hollandiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

28 yaşlı sağ cinah müdafiəçisinin karyerası Hollandiya klubları ilə bağlı olub. “Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış edən Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. Dion 2012-ci ildə digər Hollandiya klubu “Den Haaq”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.
 

Daha çox


Son xəbərlər