“Xərçəngə əlavə vaxt və penaltilərdə qalib gəldim”

“Xərçəngə əlavə vaxt və penaltilərdə qalib gəldim”
XƏBƏR 24 İyun 2017 / 01:15 4778
-  A +

İngiltərənin üçüncü divizionunda mübarizə aparan “Roçdeyl” klubunun yarımmüdafiəçisi Co Tompson oyunu deyil, ağır xəstəliyə qalib gəlməsi ilə seçilir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 28 yaşlı futbolçu artıq ikinci dəfə xərçəngdən müalicə olunub:

“Mən xərçəngə əlavə vaxt və penaltilərdə qalib gəldim. Tompson - Xərçəng - 2:0” deyə, ingiltərəli yarımmüdafiəçi tvitterdə yazıb.

Qeyd edək ki, ilk dəfə 2013-cü ildə Tompson “Tranmer Rovers”də çıxış edərkən onda xərçəng aşkarlanıb. 6 aylıq müalicə onun boğazındakı şişin aradan götürülməsi ilə nəticələnib.

2017-ci ilin martında isə Tompson ikinci dəfə ağır xəstəliyə düçar olub.

Daha çox


Son xəbərlər