Verratti PSJ-nin təklifini geri çevirdi

Verratti PSJ-nin təklifini geri çevirdi
XƏBƏR 24 İyun 2017 / 00:18 3473
-  A +

Marko Verratti tezliklə PSJ-ni tərk etmək fikrindədir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu günlərdə İtaliya yığmasının üzvü Parisə yollanıb.

Fransa paytaxtında Verratti, PSJ-nin prezidenti Nasser Al-Helaifi və klubun idman direktoru Antero Enrikenin iştirakı ilə görüş keçirilib.

Təcrübəli yarımmüdafəçi klub rəhbərliyindən onun gedişinə maneçilik törətməməyi xahiş edib. PSJ-nin prezidenti isə bundan imtina edib.

Al-Helayfi Verrattinin klubda qalması üçün onun maaşını artırmağa hazır olduğunu, vergiləri çıxdıqdan sonra futbolçunun ildə 12 milyon avro qazana biləcəyini vurğulayıb.

Lakin Verratti fikrinin qəti olduğunu və PSJ-də qalmaq istəmədiyini bildirirək təklifi geri çevirib.

Qeyd edək ki, italiyalı futbolçu “Barselona”da forma geymək istəyir.

Daha çox


Son xəbərlər