Boksçumuz finala vəsiqə qazandı

Boksçumuz finala vəsiqə qazandı
XƏBƏR 23 İyun 2017 / 22:04 2342
-  A +

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempiontında yarımfinal görüşləri başa çatıb.

Azərbaycan Boks Federasiyasından Qol.az-a verilən məlumata görə, Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Harcsanı 4:1 hesabı ilə məğlub edib.

Şahsuvarlı sabah keçiriləcək finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.


Son xəbərlər