“Yuventus”dan məni buraxmalarını xahiş etmişəm? - Alveş

“Yuventus”dan məni buraxmalarını xahiş etmişəm?  - Alveş
XƏBƏR 23 İyun 2017 / 20:52 3238
-  A +

"Yuventus"n futbolçusu  Dani Alveş gələcək karyerası ilə açıqlama verib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Turin klubundan problemsiz ayrılmaq istədiyini deyib: “Yuventus”dan məni buraxmalarını xahiş etmişəm? Bu işlə agentim məşğul olur. O, məsələnin həlli yolu tapılan kimi mənimlə danışacaq. “Yuventus”dan ayrılacamsa, bu, heç bir problem yaşanmadan baş verəcək".

Argentinalı oyunçu "Mançester Siti"yə transfer olunacağı barədə iddialara isə belə münasibət bildirib: "Mançester Siti"yə keçəcəm? Hamı bilir ki, Qvardiolaya pərəstiş edirəm".


Qeyd edək ki, klubun icraçı direktoru Beppe Marotta Alveşin istəyi ilə onunla müqaviləni ləğv edəcəklərini açıqlayıb.


Son xəbərlər