"Barselona" braziliyalı futbolçu alır

"Barselona" braziliyalı futbolçu alır
XƏBƏR 23 İyun 2017 / 18:45 4774
-  A +

“Barselona” Braziliyanın “Santos” klubunun yarımmüdafiəçisi Lukas Lima ilə anlaşıb.

Qol.az-ın xəbərinə görə, bu barədə Braziliya mətbuatı xəbər yayıb.

“Santos”la müqaviləsi gələn ilin yanvarında bitəcək 26 yaşlı futbolçunun “Barsa” ilə razılığa gəldiyi bildirilir. Futbolçu özü də yerli mətbuata açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, Lukas Lima 2015-ci ildən Braziliya millisinin üzvüdür.

Son xəbərlər