Moldova prezidenti Bakıda Formula 1-i izlədi

Moldova prezidenti Bakıda Formula 1-i izlədi
XƏBƏR 23 İyun 2017 / 17:33 2532
-  A +

Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və Federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula-1 yarışlarının ilk günündə Formula-1 paddokunda olaraq yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər.

Qol.az-ın xəbərinə görə, federasiyadan "Azərtac"a bildirilib ki, eyni zamanda, beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanışlıq olub.

“Formula One Group”un icraçı direktoru Çeyz Keri AAF rəsmiləri ilə görüşdə Bakıdakı yarışlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon, gənclər və idman naziri Azad Rəhimov, AAF-ın prezidenti Anar Ələkbərov və Federasiyanın vitse-prezidenti Mədət Quliyev Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşlərinə baxıblar.


Son xəbərlər