“Zirə” – “Differdanj” oyununun hakimləri bəlli oldu

“Zirə” – “Differdanj” oyununun hakimləri bəlli oldu
ÖLKƏ FUTBOLU 23 İyun 2017 / 14:34 3363
-  A +

Avropa Liqasında ölkəmizi təmsil edəcək “Zirə”nin I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri  bəlli olub.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Bakıda "Differdanj"la keçiriləcək matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Daniyar Saxi olacaq. Ona Yuriy Tikhonyuk və Alibek Aubakirov kömək edəcək. Dördüncü hakim funksiyasını Marat İskakov yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə” – “Differdanj”  matçı iyunun 29-da "Dalğa Arena"da keçiriləcək.

Daha çox


Son xəbərlər