Toni Adams klub alır

Toni Adams klub alır
XƏBƏR 23 İyun 2017 / 11:28 3926
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın da yer aldığı "Fulwell73" konsorsiumu İngiltərənin "Sanderlend" klubunu ala bilər.

Qol.az-ın "Daily Star"a istinadən yaydığı xəbərə görə, T.Adams və konsorsiumun digər üzvləri "Çelsi"nin keçmiş icraçı direktoru Pol Smitlə birgə bununla bağlı danışıqlara başlamağa hazırlaşırlar.Onlar əvvəlcə həftəsonu tanınmış futbol məsləhətçisi Kit Harrislə klubun satışı ilə əlaqədar görüşmək niyyətindədirlər.

 Harris "Çelsi", "Tottenhem", "Mançester Siti", "Fulhem", "Vest Hem" və "Everton" kimi klubların satışında müşahidəçi kimi iştirak edib.

"Sanderlend"in sahibi Ellis Şortun İngiltərə Premyer Liqanı tərk edən klub üçün 80 milyon funt sterlinq tələb etdiyi bildirilib.

Razılıq əldə olunacağı təqdirdə, klubun yeni rəhbəri Alan Pardyu olacağı iddia edilib. T. Adams isə bu komandada baş məşqçi kimi çalışmaqda maraqlıdır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord