Dəniz Yılmaz yeni baş məşqçinin "qara siyahı"sında

Dəniz Yılmaz yeni baş məşqçinin "qara siyahı"sında
ÖLKƏ FUTBOLU 23 İyun 2017 / 10:11 3099
-  A +

"Bursaspor"un yeni baş məşqçisi Pol Le Quenin komandada görmək istəmədiyi futbolçular müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssisin "qara siyahısı"nda millimizin oyunçusu Dəniz Yılmaz da var. Onun yeni mövsüm "Bursaspor"da oynamayacağı bildirilib. 29 yaşlı hücumçu ilə yeni mövsümdən Türkiyə superliqasında oynayacaq "Göztəpə"nin maraqlandığı bildirilib.

Qeyd edək ki, D.Yılmaz intizamsız hərəkətlərinə görə əsas komandadan uzaqlaşdırılıb.

 

Daha çox


Son xəbərlər