Salah "Liverpul"un futbolçusu oldu

Salah "Liverpul"un futbolçusu oldu
XƏBƏR 23 İyun 2017 / 00:40 3904
-  A +

“Liverpul” “Roma”nın yarımmüdafiəçisi Məhəmməd Salahın transferini rəsmən açıqlayıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib. Britaniya mətbuatı misirli futbolçunun “Liverpul”la 2022-ci ilə qədər müqavilə imzaladığını və ilinə 5.5 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, M.Salah ötən mövsüm A seriyasında 31 matçda 15 qol vurub, 13 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın