“Qarabağ”dan transfer müjdəsi

“Qarabağ”dan transfer müjdəsi
ÖLKƏ FUTBOLU 22 İyun 2017 / 15:53 12041
-  A +

Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək "Qarabağ" yeni transferə hazırlaşır.

Bu barədə Qol.az-a klubun direktoru Əmrah Çəlikəl məlumat verib. O bildirib ki, hazırda danışıq apardıqları futbolçular var: “Onların sayı çoxdur. Hansı ilə razılıq əldə olunsa, müqavilə imzalayacağıq”.

Ə.Çəlikəl legionerlə danışıqlar apardıqlarını və Çempionlar Liqasının Bakıda “Samtredia”ya qarşı keçiriləcək ilk oyununa kimi transferi gerçəkləşdirəcəkləri bildirib. O, komandaya neçə futbolçu alınacağı haqda məlumat verməyib.

Qeyd edək ki, “Qarabağ”la “Samtredia” arasında ilk oyun iyulun 11-də Bakıda olacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı