10 yaşlı Polinanın ən xoşbəxt günü – Ronaldodan örnək addım

10 yaşlı Polinanın ən xoşbəxt günü – Ronaldodan örnək addım
DÜNYA FUTBOLU 22 İyun 2017 / 14:15 6184
-  A +

Konfederasiyalar kubokunda dünən keçirilən Rusiya – Portuqaliya oyunundan (0:1) əvvəl təsirli hadisə baş verib.

Qol.az-ın xəbərinə görə, komandalar ənənəvi olaraq bu dəfə də meydana uşaqların əlindən tuturaq çıxıb. Lakin dünən bu hadisə bir qədər fərqli formada olub. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo meydana əlil arabasında olan 10 yaşlı Polina Xaeredinova ilə çıxıb. Bu səhnə isə alqışlarla qarşılanıb.

Sonradan məlum olub ki, Ronaldo öz idman gödəkçəsini bu qıza bağışlayıb.

“Biz meydana çıxanda o məni öpdü və qucaqladı. Mən isə Ronaldoya üzərində Portuqaliyanın bayrağı əks olunan bilərsiz bağışladım. Bu, mənim həyatımda ən xoşbəxt gün idi” – deyə Polina bildirib.


















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər