"Əsas odur ki, "Qarabağ"a qalib gəldik"

"Əsas odur ki, "Qarabağ"a qalib gəldik"
GÜNDƏM 22 İyun 2017 / 13:40 4549
-  A +

Rusiyanın "Axmat" klubunun baş məşqçisi Oleq Kononov "Qarabağ"la keçirilən yoxlama oyunu haqda danışıb.

Qol.az-ın xəbərinə görə, o, klubun rəsmi saytına açıqlamasında Ağdam klubunu güclü rəqib adlandırıb:

"Əsas odur ki, biz "Qarabağ"a qalib gəldik. Rəqibimiz güclü komanda idi. Çempionlar Liqasında oynayacaqlar, Azərbaycan çempionudurlar.

Oyunla bağlı planlarımız var idi. Toplanışda çox intensiv məşqlər keçmişik. Əsas heyətin bütün oyunçuları əvvəldən toplanışda iştirak edə bilmirdi. Bütün toplanışda iştirak edən futbolçulara şans verdik". 

Xatırladaq ki, Avstriyada keçirilən yoxlama oyununda "Axmat" "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın